“Bu bəyanat ümumdünya kontekstində vacib hadisələrdən biri” - Zaxarova

24 Dekabr 2020 22:58 (UTC+04:00)

“Dağlıq Qarabağ üzrə üçtərəfli bəyanatın həyata keçirilməsi üçün önümüzdə qlobal, kompleks işlər dayanır”.

AzNews.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Zaxarova bəyanatın imzalanmasını təkcə regional deyil, ümumdünya kontekstində vacib hadisələrdən biri adlandırıb. Onun sözlərinə görə, bu bəyanatın arxasında böyük əmək dayanır, onun həyata keçirilməsi isə daha böyük əmək tələb edir:

“Möcüzə ilə reallıq arasında çox vacib seqment dayanır - əmək. Məhz əmək, səbr, məsuliyyət, xeyirxahlıq və sevgi bu möcüzənin axıra qədər reallaşdırılması üçün zəmanətdir. Qarşıda böyük, qlobal, kompleks işlər dayanır. Daha sonra bunun möcüzə, yoxsa, səylərin nəticəsi olub-olmadığını özünüz görəcəksiniz”.