Türkiyədə yoluxma sayında azalma

24 Dekabr 2020 23:46 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 254 nəfər dünyasını dəyişib, 3,218-i simptomatik olmaqla 18 102 pasiyent COVİD-19 xəstəsi kimi qeydiyyata alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 19,115-ə, bu virusa yoluxanların sayı isə 2,100,712-yə çatıb.

Ümumilikdə 23 milyondan çox insan test olunub.