Yevlaxda erməni bilinərək saxlanılan şəxslə bağlı - DİN-dən açıqlama

24 Dekabr 2020 23:57 (UTC+04:00)

"Bu gün bəzi sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndi ərazisində erməni milliyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış video həqiqəti əks etdirmir".

AzNews.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumatda deyilir:

"Kənd sakinləri tərəfindən aşkar edilən şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliyi olan, Yevlax şəhər sakini R. Ə. olduğu müəyyən edilib. Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb. Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb əxstəlikləri dispanserinə yerləşdirilib".