İranda sutka ərzində koronavirusdan 132 nəfər ölüb

25 Dekabr 2020 14:30 (UTC+04:00)

İranda ötən sutka ərzində 132 nəfər koronavirusdan (COVID-19) ölüb.

Məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 54 440 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 021 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 189 203 nəfərə çatıb. Virus daşıyıcılarından 5 345 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 933 736 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 7,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

AzNews.az