Bu il 130-a yaxın balıqçı saxlanılıb

25 Dekabr 2020 19:23 (UTC+04:00)

“Bu il ərzində 130-a yaxın şəxs balıq ovu qaydalarını pozduğuna görə saxlanılıb”.

AzNews.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə feysbukda canlı yayım zamanı bildirib.

“64 min 500 metr sintetik tor aşkar edilərək götürülüb. Həmin şəxslərə qarşı 100 min manatdan artıq iddia-cərimə sanksiyaları tətbiq edilib. Həmin işlərin bəziləri cinayət tərkibi yaratdığına görə hüquq-mühafizə orqanlarına göndərilib”, - deyə H. Əlizadə qeyd edib.