Paşinyan növbədənkənar seçki istəyir

25 Dekabr 2020 23:09 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyə hazır olduğunu açıqlayıb.

AzNews.az-ın məlumatına görə, bu barədə o, “Facebook” səhifəsində yazıb:

“Xalqın qərarı nəticəsində baş nazir postundan getməyə hazıram. Baş nazir postunu yalnız xalqın qərarı ilə tərk edə bilərəm.

Xalqın inamı yenidən bərpa olunacağı təqdirdə, bu çətin dövrlərdə də Ermənistan Respublikasının rəhbərliyini davam etdirməyə hazıram.

Bütün bu sualların cavabını almaq üçün yalnız bir yol var - xüsusi parlament seçkiləri keçirmək.

Parlamenti və parlamentdən kənar qüvvələri 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsləhətləşmələrə dəvət edirəm”.