Moskvada sutkada 77 nəfər koronavirusdan öldü

26 Dekabr 2020 09:01 (UTC+04:00)

Moskvada son sutka ərzində daha 77 nəfər koronavirusdan dünyasını dəyişib.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 10 840-a çatıb.

Moskvada ümumilikdə 773 minə yaxın insan koronavirusa yoluxub, 594 minə yaxın pasiyent xəstəliyə qalib gəlib.