Dünyada “COVID-19”a yoluxanların sayı 80 milyonu ötdü

26 Dekabr 2020 09:27 (UTC+04:00)

Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxanların sayı 80 milyonu ötüb.

AzNews.az bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 80 182 968 nəfər koronavirusa yoluxub, 1 756 675 nəfər bu virusdan dünyasını dəyişib, 56 447 514 nəfər sağalıb.

Hazırda dünyada 21 978 779 aktiv koronavirus xəstəsi var ki, onlardan da 105 899-nun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.