Afrikada BMT sülhməramlıları öldürülüb

26 Dekabr 2020 09:43 (UTC+04:00)

Mərkəzi Afrika Respublikasında (MAR) üsyançıların hücumu nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) üç sülhməramlısı həyatını itirib, daha ikisi yaralanıb.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

“Baş katib Kemo əyalətinin Dekoa şəhərində və Mbomu əyalətinin Bakuma şəhərində MAR-ın hərbi qüvvələrinə və BMT-nin ölkədəki missiyasına qarşı naməlum silahlı qiyamçıların bugünkü hücumunu qətiyyətlə pisləyir. Dekoada Burundidən olan üç sülhməramlı öldürülüb və daha ikisi yaralanıb”, - deyə o məlumatlandırıb.

Dujarrikin sözlərinə görə, BMT Baş katibi MAR hakimiyyətini bu hərbi cinayəti araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.