190 manat birdəfəlik ödəmələrin verilməsinə başlanıldı

26 Dekabr 2020 12:10 (UTC+04:00)

Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

AzNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya açıqlamasında Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

O bildirib ki, birdəfəlik ödəmələr dekabrın 25-dən vətəndaşlara ödənilir: “Artıq banklar ödəmələrin icrasına başlayıb. Ümumilikdə təxminən 600 min nəfərə 190 manat ödəniləcək”.

F. Talıbovun sözlərinə görə, birdəfəlik ödənişlər bu ayın sonuna qədər həyata keçiriləcək.