Distant təhsil yanvarın 31-dək uzadıldı

26 Dekabr 2020 12:54 (UTC+04:00)

Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

AzNews.az-ın verdiyi xəbərə görə, qərara əsasən, distan təhsilin müddəti 2020-ci il dekabrın 30-dan 2021-ci il yanvarın 31-dək uzadılıb.