Mədəniyyət Mərkəzindən 27 minlik oğurluq

26 Dekabr 2020 14:46 (UTC+04:00)

Bərdə rayonu ərazisində inşa edilən Mədəniyyət Mərkəzindən 27 600 manat dəyərində armatur oğurlanıb.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, dekabrın 22-dən 25-dək olan müddətdə rayon ərazisində inşa edilən Mədəniyyət Mərkəzindən 27 600 manat dəyərində armatur oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş V.Quliyev saxlanılıb.