Evdə oğluna toy edən ata cərimələndi

26 Dekabr 2020 15:11 (UTC+04:00)

Lənkəranda evdə toy məclisinin keçirildiyi aşkarlanıb.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan AzNews.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İstisu qəsəbəsinin sakini M.Əmirovun özünə məxsus fərdi yaşayış evində oğluna toy məclisi təşkil etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal həmin ünvana gələrək məclisin keçirilməsinin qarşısını alıb.

Toy məclisinin təşkilatçısı M.Əmirov və daha 2 nəfər barəsində karantin rejiminin qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq cərimə ediliblər.