Dəri əlcək ustamız Avropa çempionu oldu

8 İyun 2013 19:05 (UTC+04:00)
Belarusun paytaxtı Minskdə keçirilən boks üzrə Avropa çempionatında boksçumuz Məhəmmədrəsul Məcidov finalda rusiyalı Sergey Kuzminin məğlub edərək qızıl medal qazanıb.

AzNews.az lent.az-a istinadən xəbər verir ki, Avropa çempionu Teymur Məmmədov finalda rusiyalı Aleksey Yeqorovа məğlub olaraq gümüşü boynundan asıb.

Bundan əvvəl Elvin Məmişzadə və Salman Əlizadə Avropa çempionatının bürünc medalına layiq görülmüşdülər.

AzNews.az