Əməkdar artist Almaz Mustafayeva dünyasını dəyişdi

26 Dekabr 2020 17:50 (UTC+04:00)

Əməkdar artist Almaz Mustafayeva dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti məlumat verib.

Aktrisa Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

Qeyd edək ki, aktirisa “Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktirsanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə çəkilib.

Allah rəhmət eləsin!