Dövlət Neft Fondunun büdcə layihəsi müzakirə edildi

26 Dekabr 2020 18:11 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

AzNews.az xəbər verir ki, iclasda Dövlət Neft Fondunun 2021-ci il üzrə büdcə layihəsi, Fondun İnvestisiya siyasəti və Qaydaları, eləcə də digər məsələlər müzakirə edilib.

Dövlət Neft Fondunun 2021-ci il üçün büdcə layihəsinin Prezidentə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.