Yaponiya əcnəbilərin ölkəyə girişinə qadağa qoydu

26 Dekabr 2020 21:09 (UTC+04:00)

Yaponiya hökuməti koroanvirusun “Britaniya ştammı”nın yayılması səbəbindən ölkəyə girişi qadağan edib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, qadağa 28 dekabrdan qüvvəyə minəcək və xarici vətəndaşlara şamil olunacaq. Qərar 2021-ci il yanvarın sonunadək qüvvədə olacaq.