Türkiyədə virusa yoluxanların və ölənlərin sayında azalma

26 Dekabr 2020 22:19 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 253 nəfər dünyasını dəyişib, 3,002-si simptomatik olmaqla 15 118 pasiyent COVİD-19 xəstəsi kimi qeydiyyata alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 19,624-ə, bu virusa yoluxanların sayı isə 2,133,373-ə çatıb.

Ümumilikdə 23 milyondan çox insan test olunub.