“Gezi parkında ticarət mərkəzi tikilməyəcək“

8 İyun 2013 19:47 (UTC+04:00)
İstanbulun Gezi parkında ticarət mərkəzi və hotel tikilməyəcək.

Bunu İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Qədir Topbaş deyib.
Topbaş Taksim Gezi parkı ilə bağlı bildirib: "Burada ticarət mərkəzi və hotelin tikintisi qətiyyən nəzərdə tutulmur".

Onun sözlərinə görə, bundan sonrakı işlər çərçivəsində Baş nazirin xüsusilə diqqət mərkəzində olduğu şəhər muzeyinin tikintisi yer alıb.

AzNews.az