Türkiyədə güclü zəlzələ

27 Dekabr 2020 11:07 (UTC+04:00)

Türkiyənin şərqində 6,4 maqnitudalı zəlzələ olub.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Yeraltı təkanların episentri təxminən 5,4 min insanın yaşadığı Sivrice şəhərindən 10 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.