Türkiyədə daha bir zəlzələ

27 Dekabr 2020 15:23 (UTC+04:00)

Türkiyənin Muğla əyalətində 4,2 maqnitudalı zəlzələ olub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 11:13-də qeydə alınıb.

Zəlzələnin episentri Dalaman rayonundan 16,87 kilometr aralıqda, ocağı isə 6,72 kilometr dərinlikdə yerləşib.

Daha əvvəl Türkiyənin şərqində 6,4 maqnitudalı zəlzələ qeydə alınmışdı.