Ədliyyə naziri vətəndaşları qəbul edəcək

8 İyun 2013 20:15 (UTC+04:00)
Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən iyunun 11-də Göyçay şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Ağdaş, Ağsu, Zərdab, Göyçay, İsmayıllı, Kürdəmir, Ucar, Şamaxı, Bərdə, Ağcabədi, Ağdam rayonlarlarında yaşayan vətəndaşların, habelə Xankəndi və Laçın rayonlarından olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-də Göyçay şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 98) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Göyçay regional ədliyyə şöbəsi (telefon: (02167) 4-30-41; 050-383-89-92; Göyçay şəhəri, Nizami küçəsi, 111), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

AzNews.az