Hindistanda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

27 Dekabr 2020 18:23 (UTC+04:00)

Hindistanda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

AzNews.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənub-qərbindəki Karnataka ştatında qeydə alınıb. Qəza nəticəsində azı 5 nəfər həlak olub, daha 16 nəfər xəsarət alıb.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.