Kamerunda ağır qəza, 37 sərnişin öldü

27 Dekabr 2020 19:11 (UTC+04:00)

Kamerunda avtobus və yük maşınının iştirakı ilə ağır qəza baş verib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 70-ə yaxın sərnişin daşıyan avtobus səhər saatlarında Fumban-Yaunde yolunda yük maşını ilə toqquşub, nəticədə 37 nəfər ölüb. Daha 18 nəfər ağır xəsəratlər alıb.

Qəza avtobus sürücüsünün səhv manevri səbəbindən baş verib. Araşdırma davam edir.