Borca görə rəfiqəsinin qızını qaçırdı
8 İyun 2013 20:35 (UTC+04:00)
27 yaşlı Ermənistan vətəndaşı olan qadın rəfiqəsinin ona olan borcunu ödəməsi üçün qəribə yol seçib. O, aşkar şəkildə rəfiqəsinin 9 yaşlı qızını qaçırıb və ancaq borc ödənəcəyi təqdirdə geri verəcəyini bildirib.
27 yaşlı Kristina Qalstyana qarşı irəli sürülən ittihama görə, o, Siranuş adlı rəfiqəsinə verdiyi borcu uzun müddət geri ala bilməyib. Pulunu geri almağın yolunu onun qızını qaçırmaqda görən qadın bu fikrini həyata keçirib. Ancaq tezliklə polis onu saxlayıb. Qızı evində saxlayan qadını 8 ilədək həbs cəzası gözləyir.
Elnarə
AzNews.az