Çin Britaniyaya uçuşları dayandırır

27 Dekabr 2020 21:23 (UTC+04:00)

Çin hakmiyyəti bu ölkədə aşkar edilmiş yeni koronavirus növü səbəbindən 28 dekabrdan etibarən Böyük Britaniya ilə sərnişin uçuşlarını tamamilə dayandıracaq.

AzNews.az xəbər verir ki, bu barədə Çinin Mülki Aviasiya İdarəsi bildirib.

Bildirilib ki, bu tədbir müvəqqət xarakter daşıyır və 10 yanvar tarixinədək qüvvədədir.

Müvafiq qərar həm Çin, həm də xarici aviaşirkətlərinə aiddir.