Bu ölkə sərhədlərini açır

27 Dekabr 2020 23:08 (UTC+04:00)

Oman 29 dekabrdan etibarən quru, hava və dəniz sərhədlərinin açılmasına qərar verdi.

AzNews.az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat verib.

Ölkəyə daxil olmaq üçün Omana gəlməzdən ən geci 72 saat əvvəl edilən koronavirus testinin mənfi cavabını təqdim etmək lazım olduğu qeyd edilir. Bundan əlavə, sərhəd giriş nöqtələrindən hər hansı birinə çatdıqdan sonra daha bir test ediləcəyi bildirilir.