İranda da zəlzələ oldu

28 Dekabr 2020 10:27 (UTC+04:00)

İranda zəlzələ qeydə alınıb.

AzNews.az xəbər verir ki, tektonik sınma Xuzistan əyalətində baş verib.

Bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, ötən gecə 4 bal gücündə olan zəlzələ sözügedən əyalətin Hafkel rayonunda olub.

Zəlzələnin 14 kilometr dərinlikdə baş verdiyi bildirilsə də, can və mal itkisinin olub-olmaması ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, ötən gün Türkiyənin Muğla bölgəsində də zəlzələ olmuşdu.