Nailə Məmmədova işdən çıxarıldı

28 Dekabr 2020 14:05 (UTC+04:00)

Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib.

AzNews.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat yayıb.

Qeyd edək ki, Nailə Məmmədova karantin qaydalarını pozaraq özünə yubiley keçirməsi ilə gündəmə gəlmişdi.