“Veteranlara 150-180 manat müavinət verilsin”

28 Dekabr 2020 14:58 (UTC+04:00)

Deputat Siyavuş Novruzov Qarabağ veteranlarına verilən müavinətin 150-180 manat həcmində artırılması təklifiylə çıxış edib.

AzNews.az xəbər verir ki, o parlamentdə bildirib ki, ötən il bu müavinətlər 50 manatdan 80 manata kimi qaldırılıb: “Lakin qiymətlərdə dəyişiklik olduğu üçün veteranlara verilən müavinət də artmalıdır.

Bu vəsait heç olmasa, 150-180 manat həcmində verilə bilər”.