Parlament dünya azərbaycanlılarına müraciət edəcək

28 Dekabr 2020 15:45 (UTC+04:00)

Milli Məclis dünya azərbaycanlılarına müraciət edəcək.

AzNews.az xəbər verir ki, Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında qərar layihəsi parlamentin dekabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Dekabrın 30-da keçiriləcək iclasla parlamentin payız sessiyasına yekun vurulacaq.