Bakıda sərnişin avtobuslarının mühafizəsi gücləndirilir

28 Dekabr 2020 16:45 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyi avtobus depolarının mühafizə olunması məqsədilə hasarların üzərinin tikanlı dəmir məftillərlə əhatələnməsi üçün lazımin mal və işlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

AzNews.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Təmir Tikinti Texnologiyası” MMC-dir

Qalib şirkətə 49,1 min manat ödəniləcək.