Laçın sakinləri olan ata və oğul qəzada öldü

28 Dekabr 2020 21:23 (UTC+04:00)

Kürdəmir şəhəri ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az-ın verdiyi xəbərə görə, dekabrın 27-də saat 8 radələrində Kürdəmir şəhəri ərazisində Laçın rayon sakini Arzuman Quliyevin idarə etdiyi “VAZ-21074” və Xırdapay kənd sakini X.Cavadovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə A.Quliyev və sərnişini olan atası İlqar hadisə yerində ölüblər.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, FHN-nin yaydığı məlumata görə, sıxılı vəziyyətdə qalan 1991-ci il təvəllüdlü Quliyev Ərzuman İlqar oğlunun meyiti deformasiyaya uğrayan minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.