DSMF-nin 2021-ci il büdcəsi təsdiq edildi

29 Dekabr 2020 12:00 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2021-ci il büdcəsi müzakirə edilib.

Məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin gəlirləri 5 146 030 160,0 manat, xərcləri 5146030160,0 manat məbləğində təklif edilib.

Müzakirələrdən sonra təklif səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. (Trend)

AzNews.az