Ərdoğan və Putin gələn il Türkiyədə görüşə bilər

29 Dekabr 2020 15:00 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla 2021-ci ildə iki ölkə prezidentinin görüşünün təşkil olunması məsələsini müzakirə edəcək.

Məlumata görə, bunu M.Çavuşoğlu Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun iclasında deyib.

O bildirib ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşü 2021-ci ildə Türkiyədə keçirilə bilər:

"Prezidentlərimiz arasında yaxın dialoq, qarşılıqlı etimad təkcə ikitərəfli deyil, həm də regional münasibətlərin inkişafına xidmət edir. Bu gün dövlət başçılarınını gələn il Türkiyədə görüşünün təşkil olunması məsələsini müzakirə edəcəyik".

AzNews.az