"Türk Hava Yolları" yeni il üçün iki reysini ləğv edib

29 Dekabr 2020 15:15 (UTC+04:00)

"Türk Hava Yolları" şirkəti gələn il yanvarın 1-də həyata keçirməyi planlaşdırdığı TK332/333 nömrəli İstanbul-Bakı-İstanbul və TK7756/TK7757 nömrəli Ankara – Bakı – Ankara reyslərini ləğv edib.

Bu barədə AzNews.az-a aviaşirkətdən bildirilib.

Məlumata görə, aviareyslərin ləğvi kifayət qədər sərnişinin olmaması ilə bağlıdır.

Həmin gün yalnız TK338/337 saylı İstanbul-Bakı-İstanbul aviareysi həyata keçiriləcək.