Türkiyədəki PKK terrorçularının sayı açıqlandı

29 Dekabr 2020 18:43 (UTC+04:00)

Türkiyədəki PKK terroçularının sayı 320-dən aşağıdır.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu gün Şahidlərin Mühafizəsi Şöbəsi Bölmə Rəhbərlərinin Strategiya və Qiymətləndirmə iclasında açıqlama verib.

“Türkiyə bu gün terrorla mübarizə tarixində misli görülməmiş uğura imza atıb. Təkcə illik üzv olma sayı 5 558-ə çatmış PKK-nın bu gün Türkiyədəki terrorçu sayı 320-dən azdır”,- deyə Soylu qeyd edib.