Türkiyə ilə İngiltərə arasında tarixi anlaşma imzalandı

29 Dekabr 2020 19:11 (UTC+04:00)

Birləşmiş Krallıq və Türkiyə Respublikası iki ölkənin mövcud ticarət şərtlərini qorumağı hədəfləyən ticarət sazişi imzalayıb.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan açıqlama verib.

“Bu gün Türkiyə-İngiltərə münasibətləri baxımından tarixi və əhəmiyyətli bir gün yaşayırıq. Sərbəst Ticarət Sazişi önümüzdəki dövrdə Türkiyə ilə İngiltərə arasındakı ticarətimizin inkişafının ən böyük zəmanəti olacaq. Qeyri-müəyyənliyin və risklərin sıx olduğu belə bir dövrdə anlaşmamızın tamamlanması çox vacibdir. Razılaşmaya bütün sənaye və kənd təsərrüfatı məhsulları daxildir. Olduqca vacib və tarixi sazişin faydalı və xeyirli olmasını diləyirəm. Yeni və çox xüsusi bir mərhələdir. Bu, hökumətlərimiz arasındakı ortaq anlaşma və iradənin nəticəsidir. Gücləndirmə istiqamətində addımlar atmağa davam edəcəyik”,- deyə Pekcan qeyd edib.