26 yaşlı gənc dəm qazından öldü

29 Dekabr 2020 20:32 (UTC+04:00)

Goranboyda 26 yaşlı gənc zəhərlənərək vəfat edib.

AzNews.az xəbər verir ki, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində qeydə alınıb. Quba rayon sakini, 1994-cü il təvəllüdlü Şəhriyar Əzizov hamamda olarkən dəm qazından zəhərlənib.

O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.