Türkiyədə yoluxma və ölüm sayı ilə bağlı statistika

29 Dekabr 2020 23:08 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 253 nəfər dünyasını dəyişib, 2783-ü simptomatik olmaqla 15 805 pasiyent COVİD xəstəsi kimi qeydiyyata alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 20,388-ə, bu virusa yoluxanların sayı isə 2,178,580-ə çatıb.

Ümumilikdə 24 milyondan çox insan test olunub.