Liviyada silahlı toqquşma: 28 ölü

9 İyun 2013 08:07 (UTC+04:00)

Insident ötən gün axşam baş verib. Aksiya iştirakçıları "Liviyanın qalxanı" silahlı qruplaşmasının ləğv olunmasını tələb edib. Etiraz aksiyası qruplaşmanın mənzil-qərargahı qarşısında keçirilib. Bu qruplaşma vaxtilə Müəmmər Qaddafiyə qarşı savaşıb, lakin silahı yerə qoymaqdan imtina edib və ölkənin Müdafiə nazirliyi ilə müqavilə bağlayaraq Benqazidə açıq fəaliyyət göstərir.

Rəsmi Liviya hakimiyyəti hələlik silahlı qruplaşmalarını tərksilah etməyə gücü çatmır. Hökumət bəzi nüfuzlu qruplarla sövdələşməyə girərək onları ölkədə asayişin qorunmasına cəlb edib. Lakin əhali bu qərara qəti etirazını bildirib.

Şahidlərin sözlərinə görə qərargahın qarşısına toplaşan etirazçılar binanı daş-qalaq edərkən silahlılar onlara atəş açıb. (apa.az)


AzNews.az