Koronavirusun yeni ştammı ABŞ-da da ortaya çıxdı

30 Dekabr 2020 09:01 (UTC+04:00)

Mütəxəssislər ABŞ-ın Kolorado ştatında koronavirusun yeni ştammına ilk yoluxma halını qeydə alıblar.

AzNews.az “TASS”a istinadən bildirir ki, müvafiq bəyanatla ştatın qubernatoru Cared Polis çıxış edib.

“Bu gün biz Koloradoda daha əvvəl Birləşmiş Krallıqda aşkar edilmiş “COVID-19”un B.1.1.7 növünə ilk yoluxma halını müəyyən etdik”, - deyə o qeyd edib.