İrlandiyada rekord göstərici

30 Dekabr 2020 09:18 (UTC+04:00)

İrlandiyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə – 1 546 nəfər artıb.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Həmçinin son 24 saatda 9 ölüm halı qeydə alınıb.

İrlandiyanın baş sanitar həkimi Toni Holohan bir daha vətəndaşları ayıq-sayıq olmağa və sosial distansiya qaydalarına riayət etməyə çağırıb.

Pandemiyanın başladığı vaxtdan indiyədək İrlandiyada 88 439 nəfər koronavirusa yoluxub, 2 213 xəstə isə vəfat edib.