Çin vaksinləri Türkiyəyə gətirildi

30 Dekabr 2020 10:28 (UTC+04:00)

Türkiyənin Çindən aldığı koronavirus peyvəndi Ankaraya çatdırılıb.

AzNews.az xəbər verir ki, Çin istehsalı olan “Sinovac” peyvəndlərini daşıyan Türk Hava Yollarına məxsus “TK 6175” uçuş nömrəli “Boeing 777” tipli təyyarə 05:44 radələrində Esenboğa Hava Limanına eniş edib.

Peyvənd konteynerləri Pekindən gələr-gəlməz anbarlara yerləşdirilməyə başlayıb.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl açıqlamışdı ki, Çinlə bağladıqları müqaviləyə əsasən, Türkiyəyə 50 milyon vaksin gətiriləcək. Dövlət başçısı ilkin mərhələdə 4, 5 milyon doza peyvəndin çatdırılacağını bildirmişdi.