Yaponiyada zəlzələ oldu

30 Dekabr 2020 12:23 (UTC+04:00)

Yaponiyada 5,1 bal gücündə zəlzələ olub.

AzNews.az xəbər verir ki, bu barədə Yaponiyanın Meteoroloji Agentliyi məlumat yayıb.

Yeraltı təkanları ölkənin şimal-şərqində yerləşən İbaraki prefekturasının sakinləri hiss edib. Ocağı 60 kilometr dərinlikdə qeydə alınan zəlzələnin təkanları Çiba, Toçigi, Gunma ve Saitama prefektuaralarında da hiss edilib.

Sunami yaranma təhlükəsi yoxdur.