Ermənistanda hərbi hissə komandirinin müavini həbs olundu

30 Dekabr 2020 13:58 (UTC+04:00)

Ermənistanda hərbi hissələrdən birinin komandir müavini, polkovnik-leytenant A.V. həbs edilib.

AzNews.az-ın “armeniyasputnik”ə istinadən verdiyi xəbərə görə, o, Dağlıq Qarabağda aparılmış hərbi əməliyyatlarda 18 nəfər hərbçinin ölümünə və bir nəfərin yaralanmasına səbəb olmaqda təqsirləndirilir. Bu barədə Ermənistan Baş Prorkurorluğu məlumat yayıb.