Akar məhv edilən terrorçuların sayını açıqladı

30 Dekabr 2020 14:21 (UTC+04:00)

Türkiyə müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə baş qərargah rəisi Yaşar Güler və nazir müavinlərinin iştirakı ilə videokonfrans keçirilib.

AzNews.az xəbər verir ki, 2020-ci ilin hesabat iclasında H. Akar məhv edilən terrorçuların sayını da açıqlayıb: “Ölkədə və Türkiyə sərhədi xaricində 200-dən çox əməliyyat apardıq. Uğurlu əməliyyatlar nəticəsində ümumilikdə 3646 terrorçu zərərsizləşdirildi. İraqın şimalından başlayaraq terror təşkilatı PKK-ya son qoymağa qərarlıyıq.

İşimizi eyni əzmlə davam etdirərək millətimizi bu terror bəlasından qurtaracağıq. Ətraf mühitə, günahsız insanlara və məzlumlara lazımi qayğı və diqqət göstəririk. Dostlarımız bu mövzuda nümunəvi davranış nümayiş etdirirlər. Gördüyümüz iş ilə orada olan rahatlıq bütün beynəlxalq və milli təşkilatlar tərəfindən təqdir olunur. Ancaq bunların bu və ya digər səbəbdən dünya ictimaiyyəti ilə paylaşılmadığını bilməyinizi istəyirəm”.