“Qarabağ” - “Səbail” matçının vaxtı dəyişdirildi

30 Dekabr 2020 21:23 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınmış “Qarabağ” - “Səbail” oyunu ilə bağlı yekun qərar verilib.

AzNews.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın vaxtı dəyişdirilib. Görüş əvvəldən nəzərdə tutulduğu kimi fevralın 8-də deyil, yanvarın 28-də keçiriləcək.

Xatırladaq ki, Peşəkar Futbol Liqası koronavirus səbəbindən Azərbaycan Premyer Liqasının və kubokunun təqviminə dəyişiklik edib.