Bu ölkədə koronavirusdan ilk ölüm hadisəsi baş verdi

30 Dekabr 2020 21:36 (UTC+04:00)

Monqolustanda COVİD-19-dan ilk ölüm halı qeydə alınıb.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Ölən şəxs 76 yaşlı qadındır. O, paytaxt Ulan-Batorda tibbi yardım alırmış. Pasiyent eyni zamanda diabet, hipertoniya və xroniki Hepatit C xəstəliklərindən də əziyyət çəkirmiş.

Qeyd edək ki, Monqolusda ümumilikdə 1 195 nəfər koronavirusa yoluxub, onlardan 824-ü sağalıb.