Yəməndəki partlayışda 22 nəfər ölüb, 50 nəfər yaralanıb

30 Dekabr 2020 22:56 (UTC+04:00)

Yəmənin Ədən şəhərinin hava limanında güclü partlayış baş verib.

AzNews.az “Əl-Cəzirə” kanalına istinadən xəbər verir ki, hava limanı yaxınlığında baş vermiş partlayışda 22 nəfər ölüb, 50 nəfər yaralanıb. Yaralılardan çoxunun vəziyyəti ağırdır.

Yaralılar arasında Yəmənin rabitə nazirinin müavini Nasır Şərif, ədən qubernatorunun nümayəndəsi Həsən əz-Zamiki və yerli əl-Mansur həbsxanasının müdiri Naci əl-Mahri də var.